Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

İnstitutun magistrantlarının sessiya imtahanlarına start verilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun magistrantlarının yay imtahan sessiyasına start verilib. “Yüksək tərtibli xətti tənliklər üçün sərhəd məsələləri”, “Cisimdə mayenin axıdılması” fənnlərindən keçirilən imtahanda “Riyazi analiz”, “Riyazi fizika” və “Maye, qaz və plazma mexanikası” ixtisasları üzrə təhsil alan 3 magistrant iştirak edib.

Qeyd edək ki, AMEA prezidenti, akademik Akif Əlizadənin 7 may 2019-cu il tarixli sərəncamına əsasən, magistrantların 2018/2019-cu tədris ili üzrə yay imtahan sessiyasının keçirilməsi üçün müvafiq ixtisaslar üzrə imtahan komissiyaları yaradılıb.

Növbəti – “Sinqulyar inteqralların struktur xassələri”, “Diferensial tənliklərin keyfiyyət nəzəriyyəsi”, “Süzülmə nəzəriyyəsi”, “Özlü Nyuton mayeləri”, “Hamar çoxobrazlılar nəzəriyyəsi”, “Diferensial tənliklərin əlavə fəsilləri”, “Özlü elastik mayelərin mexanikası”, fənlərindən imtahanların 10, 24 və 28 iyun tarixlərində keçirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.