Magistrlik dissertasiyalarının müdafiəsi keçiriləcək
11 iyun 2019-cu il saat 10:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda II kurs magistrantların 060501– “Riyaziyyat” ixtisasının 4 ixtisaslaşması üzrə magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın iclası keçiriləcək.
İclasda AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin rəhbərliyi ilə “Riyazi analiz” ixtisaslaşması üzrə magistrant Fidan Asif qızı Əlizadənin “Heyzenberq qruplarında təyin olunmuş maksimal və kəsr maksimal operatorların Morri tipli fəzalarda məhdudluğu və bəzi tətbiqləri”, AMEA-nın professoru, r.e.d. Rövşən Bəndəliyevin rəhbərliyi ilə magistrant Dünya Rəsul qızı Əliyevanın “Hausdorf operatoru üçün ikiçəkili bərabərsizliklər” və magistrant Elvin Vüqar oğlu Sadıqovun “Dəyişən dərəcəli Lebeq fəzasında bəzi inteqral operatorlar”, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalovun rəhbərliyi ilə magistrant Xəyalə Məmmədağa qızı Qədirovanın “Veyvlet analiz və birölçülü siqnalların filtrasiyasına tətbiqi”, f.-r.e.d., professor Həmidulla Aslanovun rəhbərliyi ilə magistrant Tural Müseyib oğlu Quluyevin “Sərhəd şərtlərinə spektral parametr daxil olan bir sinif diferensial operatorların məxsusi ədədlərinin və məxsusi funksiyalarının tədqiqi”, f.-r.e.d., professor Tahir Hacıyevin rəhbərliyi ilə “Diferensial tənliklər” ixtisaslaşması üzrə magistrant Aişən Veyis qızı Məmmədovanın “Elliptik-parabolik tənliklər üçün sərhəd məsələlərinin həll oluna bilməsi”, f.-r.e.d., professor Telman Məlikovun rəhbərliyi ilə “Optimal proseslərin riyazi nəzəriyyəsi” ixtisaslaşması üzrə magistrant Könül Səməd qızı Rəhimli “Kəsilməz sistemlərlə təsvir olunan proseslər üçün optimallıq şərtləri”, r.e.d., professor Ədalət Axundovun rəhbərliyi ilə “Riyazi fizika” ixtisaslaşması üzrə magistrant Aydan Cəfər qızı Abdullayevanın “Zəif parabolik tənliklər sistemi üçün tərs məsələ haqqında” mövzusunda magistrlik dissertasiya işlərinin müdafiəsi keçiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.