Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun magistrları dissertasiya işlərini uğurla müdafiə ediblər


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun magistrantlarının magistr dissertasiyalarının müdafiəsi keçirilib.

Dissertasiyaların müdafiəsi institutun ixtisaslaşdırılmış müdafiə şurasının sədri f-r.e.d., professor Telman Məlikov sədrliyi ilə baş tutub.

Qeyd edək ki, magistrlər elmi-tədqiqat işlərini AMEA-nın müxbir üzvləri, professorlar Vaqif Quliyev, Bilal Bilalov, professorlar Həmidulla Aslanov, Ədalət Axundov, Telman Məlikov, Tahir Hacıyev və Rövşən Bəndəliyevin elmi rəhbərliyi ilə aparıblar.

“Riyazi analiz” ixtisası üzrə Fidan Əlizadə, Dünya Əliyeva, Xəyalə Qədirova, Tural Quluyev, Elvin Sadıqov, “Diferensial tənliklər” ixtisası üzrə Aişən Məmmədova , “Optimal proseslərin riyazi nəzəriyyəsi” ixtisası üzrə Könül Rəhimli və “Riyazi fizika” ixtisası üzrə Aydan Abdullayeva dissertasiya işlərini müdafiə ediblər.

Magistrlərdən dörd nəfər “A”, dörd nəfər “B” qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.