11/06/2019
Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” şöbəsinin elmi işçisi, f.-r.e.n. Namiq Quliyevin müəllifi olduğu məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılan “Journal of Mathematical Physics” 1.165 yüksək impakt faktorlu jurnalda çap olunub və jurnalın redaksiya heyyəti tərəfindən həmin jurnalın ən yaxşı məqalələrindən biri hesab olunaraq “Featured Article” seçilib.
“Potensialı ümumiləşmiş funksiya olan və sərhəd şərtləri spektral parametrdən asılı olan Şrödinger operatorları” adlı məqalədə potensialı ümumiləşmiş funksiya olan birölçülü Şrödinqer tənliyinin və spektral parametrdən rasional Nevanlinna funksiyası şəklində asılılığı olan sərhəd şərtlərinin doğurduğu sərhəd məsələləri üçün Darbu tipli çevirmələr daxil edilmiş və onların köməyi ilə spektral analizin bir sıra düz və tərs məsələləri həll olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.