Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi şuranın iclası keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. O, şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

İclasda 14 iyun 2019-cu il tarixli “Elm” qəzetində dərc olunan elana əsasən AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsinə namizədin irəli sürülməsi məsələsinə baxılıb. Səsvermə yolu ilə yekdilliklə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun namizədliyi irəli sürülüb.

Sonra 19 aprel 2019-cu il tarixli AMEA-nın “Elm” qəzetində dərc olunmuş elana əsasən Riyaziyyat və Mexanika İnstitutunun iyirmi bir əməkdaşı yekdilliklə müsabiqədən keçirilib və növbəti mərhələyə buraxılıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.