Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Gənc alimin elmi əsəri “ELSEVİER” nəşriyyatına daxil olan nüfuzlu jurnalda dərc edilib


AMEA-nın Riyaziyyat və Mexaniki İnstitutunun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Bağırov Emin Telman oğlunun məqaləsi çap olunub. Məqalə “ELSEVİER”nəşriyyatına daxil olan “Journal of Sound and Vibration” 3.123 impakt faktorlu jurnalda dərc edilib.

Oxa asimmetrik boyuna dalğaların qeyri-bircinsilkin gərginlikli ikiqatlı dairəvi silindirdə səpilməsi” adlı məqalədə əvvəlcədən gərgin olan cisimlərdə elastik dalğaların 3D xəttiləşdirilmiş nəzəriyyəsindən istifadə edərək qeyri-bircins ilkin gərginlikli ikilaylı içiboş silindirlərdə oxasimmetrik boyuna dalğaların yayılması öyrənilir. Fərz edilir ki, silindirdə olan ilkin gərginliklər daxili və xarici hidrostatik təzyiqlər tərəfindən yaradılır. Layların materialının kifayət qədər sərt olduğunu fərz edib, bu ilkin gərginliklər klassik xətti elastiklik nəzəriyyəsi çərçivəsində müəyyən edilir. Xəttiləşdirilmiş 3D hərəkət tənlikləri üçün diskret analitik metoddan istifadə edilir.

Məsələnin parametrlərinin müxtəlif qiymətləri üçün ədədi olaraq həll edilən dispersiya tənliyi alınır. Bu həllin nəticəsi olaraq, dispersiya əyriləri qurulur və bu əyrilərə əsasən ən aşağı birinci və ikinci rejim üçün alınmış dispersiya əyrilərinə qeyri-bircins ilkin gərginliklərin təsirinin xarakteri öyrənilir. Bu nəticələrin təhlili göstərir ki, qeyri-bircins ilkin gərginliklər dispersiya əyrilərinə həm kəmiyyət, həm də keyfiyyətcə təsir edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər