16/07/2019
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, “Optimal idarəetmə” şöbəsinin baş elmi işçisi, professor Telman Məlikov, həmin şöbənin kiçik elmi işçisi Samin Malik və Kamran Malikovun həmmüəllifi olduqları məqalə çap olunub. Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Journal of Computational and Applied Mathematics ” 1.883 yüksək impakt faktorlu Q1 kateqoriyalı jurnalda dərc edilib.
“First- and second-order necessary conditions with respect to components for discrete optimal control problems” adlı məqalə diskret optimal idarəetmə məsələlərinin tədqiqinə həsr olunmuşdur. Əsas məqsəd qabarıqlıq şərtlərini zəiflətməklə optimallıq üçün daha konstruktiv zəruri şərtlərin alınmasından ibarətdir. Məqalədə təqdim olunmuş yeni üsulun köməyi ilə optimallıq üçün idarəedici funksiyanın komponentlərinə görə qlobal formada maksimum prinsipi, həmçinin, bir komponentə görə qlobal formada maksimum prinsipi, digər komponentə görə isə xəttiləşmiş maksimum prinsipi alınmışdır. Həmçinin, məqalədə məxsusi və kvaziməxsusi idarəedicilərin optimallığı üçün komponentlərə görə ikinci tərtib müxtəlif zəruri şərtlər alınmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.