Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” ensiklopedik kitabının 2-ci cildi işıq üzü görüb


Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadənin həmmüəllifi olduğu “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” ensiklopedik soraq kitabının 2-ci cildi işıq üzü görüb. “Təhsil” nəşriyyatında çap olunan kitab 552 səhifədən ibarətdir.

Kitabın elmi redaktoru AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, professor Yaqub Mahmudovdur.

Nəşrdə 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin ali təhsilli bütün müsəlman dövlət adamlarının sənədli tərcümeyi-halı toplu halında ictimaiyyətə təqdim edilir.

Sovet dönəmində iddia edilirdi ki, 1920-ci ilədək yalnız 62 ali təhsillimiz olub. Bu kitab həmin iddianın puç və yalan olduğunu ifşa edir və müəlliflərin Bakıdan başqa Moskva, Sankt-Peterburq, Qazan, Saratov, Kiyev, Xarkov, Odessa, Tallinn, Tiflis… kimi şəhərlərdəki mərkəzi arxivlərdə uzunmüddətli gərgin araşdırmalar apardıqdan sonra oradan gətirdikləri zəngin bəlgələr, sənədlər əsasında qələmə alınıb.

İkinci cilddə soyadları “B-Ə” hərfi ilə başlanan 116  soydaşımız haqqında məlumat verilir.

Əsər bütün təbəqələrdən olan oxucular üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər