Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib


Riyaziyyat və Mexanika İnstitutunun Elmi işlər üzrə direktor müavini, AMEA -nın müxbir üzvü, professor Vaqif Quliyev, həmin institutun baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru Tahir Hacıyev və dissertant Ş. Qələndərovanın 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifi olduqları məqalə çap olunub. Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Electronic Journal of Qualitative Theory of Differential Equations” (https://www.math.u-szeged.hu/ejqtde/) 1.065 yüksək impakt faktorlu Q1 kateqoriyalı jurnalda dərc edilib.

VMO əmsallı yüksək tərtibli qeyri-divergent elliptik tənliklərin həllərinin ümu-miləşdirilmiş Morri fəzalarında requlyarlığı

(http://www.math.u-szeged.hu/ejqtde/periodica.html?periodica=1&paramtipus_ertek=publication&param_ertek=7516)

adlı məqalədə Calderón-Zygmund operatorunun doğurduğu subxətti inteqral operatorların və onların kommutator funksiyası BMO-dan olduqda kommutatorlarının ümumiləşmiş Morri fəzalarında məhdudluğu məsələsi öyrənilib. Alınmış qiymətləndirmələrəsasında yüksək tərtibli xətti elliptik operatorlar üçün qoyulmuş Dirixle məsələsinin həllinin requlyarlığı əldə edilib.

Məqaləni oxumaq üçün linkə keçid edin:

http://www.math.u-szeged.hu/ejqtde/periodica.html?periodica=1&paramtipus_ertek=publication&param_ertek=7516

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər