20/09/2019
20.09.2019-cu il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Kəsr maksimal kommutator üçün bəzi qeydlər” mövzusunda məruzə edib.
Məruzədə kəsr maksimal kommutator üçün alınmış müəyyən nöqtəvi qiymətləndirmə müzakirə olunub. Bu qiymətləndirmə əsasında kəsr maksimal kommutatorun müxtəlif funksional fəzalarda məhdudluğu üçün alınmış meyar teoremlərinə düzəlişlər verilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.