27/09/2019
Riyaziyyat və Mexanika İnstitutunun Elmi işlər üzrə direktor müavini, AMEA -nın müxbir üzvü, professor Vaqif S. Quliyevin “Orliç fəzalarında kəsr maksimal funksiya və onun kommutatoru” adlı məqaləsi “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Analysis and Mathematical Physics” (https://link.springer.com/journal/13324) 1.792 yüksək impakt faktorlu Q1 kateqoriyalı jurnalda dərc edilib.
Məqalə 2019-cu ilin May / İyun aylarına görə sahə və nəşr ili üçün “Clarivate Analytics” (Thomson Reuters) beynəlxalq bazasında yüksək isinad həddi əsasında Riyaziyyat elmi sahəsinin ən yaxşı nümayəndələrinin 1% -nə daxil olmaq üçün kifayət qədər isinad alıb.
Qeyd edək ki, bu hal professor V.S. Quliyevin 2018-ci il üçün də “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış Journal of Mathematical Analysis and Applications
(https://www.journals.elsevier.com/journal-of-mathematical-analysis-and-applications) 1.188 yüksək impakt faktorlu Q1 kateqoriyalı jurnalda dərc edilmiş məqaləsinə də şamil edilmişdir.
Elmi qiymətləndirmənin ən mötəbər sistemi “Clarivate Analytics” (Thomson Reuters) Agentliyidir. Baş ofisi ABŞ-ın Filadelfiya şəhərində olan agentlik “Web of Science” məlumat platformasında yerləşir.
Məqaləni oxumaq üçün linkə keçid edin:
https://link.springer.com/article/10.1007/s13324-017-0189-1
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.