02/10/2019
İclasda 2 vacib məsələ üzrə müzakirələr aparılmışdır.
1. “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı”nın hazırlanması haqqında AMEA-nın Rəyasət Heyətinin 25 sentyabr 2019-cu il tarixli 13/2 saylı qərarı.
2. AMEA-nın elmi müəssisələrində 2019-cu ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında AMEA-nın Rəyasət Heyətinin 25 sentyabr 2019-cu il tarixli 13/3 saylı qərarı.
Birinci məsələ Azərbaycan Respublikasında elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti onun elmi potensialı ilə bilavasitəğlıdır. Ölkənin davamlı inkişaf strategiyası, habelə müasir dünyada baş verən qlobal iqtisadi problemlər Azərbaycanın intellektual əsaslar üzərində inkişafını zərurətə çevirir. Buna görə də respublika elmin inkişafı ilə bağlı ardıcıl olaraq kompleks tədbirlər həyata keçirilməkdədir. Hazırda elm sahəsində idarəetmə sisteminin və elmi infrastrukturun modernləşdirilməsi, elmi tədqiqatların prioritetlərinin ölkənin sosial-iqtisadi, mədəni-ictimai problemlərinin həllinə, dünya elminin inkişaf istiqamətlərinə uyğun müəyyənləşdirilməsi, elmi tədqiqat müəssisələrinin və bötüvlükdə elmi maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmlə təhsilin inteqrasiyası, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması, elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir.
Respublikanın modernləşməyə və intellektual inkişaf modelinə əsaslanan strateji inkişaf istiqamətlərindən irəli gələrək AMEA qarşısında tamamilə yeni vəzifələr dayanmaqdadır. Belə ki, elektron informasiya mühitində əvvəlki dövrlərdən fərqli yeni sosial, demoqrafik, siyasi, iqtisadi münasibətlərin meydana gəlməsinə səbəb olmuşdur. Bu da öz növbəsində innovativ fəaliyyətin gücləndirilməsini, beynəlxalq elmi əlaqələrin daha da genişləndirilməsini, elmin maddi-texniki bazasının müasir standartlar səviyyəsində qurulmasını, prioritet elmi istiqamətlərin bir daha yenidən müəyyənləşdirilməsini, xüsusən, süni intellekt sistemləri, nüvə fizikası, nanotexnologiyalar, informasiya texnologiyaları, riyazi modelləşdirmə, molekulyar biologiya, biomühəndislik, biotibb və s. müasir elmi istiqamətlər üzrə fundamental və tətbiqi tədqiqatların genişləndirilməsini, elm və təhsil arasında inteqrasiyanın daha effektiv modellərinin müəyyənləşdirilməsini tələb edir.
Bununla əlaqədar şöbə müdirlərinə tapşırılsın ki, “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı”nın hazırlanması məqsədilə təklifləri 08 oktyabr 2019-cu il tarixində İnstitutun elmi katibi dosent Tamilla Həsənovaya təqdim etsinlər. 09 oktyabr 2019-cu il tarixində saat 1100-da təkliflərin müzakirəsi keçiriləcək.
İkinci məsələ AMEA-nın elmi müəssisələrində 2019-cu ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqındakı Qərarda qeyd olunduğu kimi, şöbə və laboratoriyaların hesabatları noyabrın 5-dək Elmi Şurada müzakirə olunmalı, mühüm elmi nəticələr noyabrın 15-dək İnstitutun elmi-təşkilatı fəaliyyətinin yekunları haqqında hesabatı 2019- cu il noyabrın 20-dək Bölməyə təqdim edilməlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.