Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 4 institutunun illik fəaliyyəti müzakirə olunub


Dekabrın 11-də AMEA-nın Fizika İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağı keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, bölmənin akademik-katibi, akademik Nazim Məmmədov, büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti əməkdaşlar iştirak ediblər.

İclası akademik Nazim Məmmədov açaraq gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirib ki, bugünkü iclasda bölmənin Fizika, Radiasiya Problemləri və Biofizika institutlarının, eləcə də Şamaxı Astrofizika Rəsədxanasının cari ildəki elmi fəaliyyətinə dair hesabatları dinləniləcək.

Sonra akademik Cavad Abdinov Fizika İnstitutunun, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Şamaxı Astrofizika Rəsədxanasının, AMEA-nın müxbir üzvü Oqtay Səmədov Radiasiya Problemləri İnstitutunun, AMEA-nın müxbir üzvü Oktay Qasımov isə Biofizika İnstitutunun 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair illik hesabatlarını təqdim ediblər.

Alimlər cari ildə təmsil etdikləri müəssisələrdə aparılan elmi tədqiqatlar, dərc olunan nəşrlər, məqalələr, beynəlxalq əməkdaşlıq, qrant layihələri, patentlər və kadr hazırlığı barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıblar.

Daha sonra mühüm elmi nəticələrin müəllifləri elmi nailiyyətlərinə dair təqdimatlarla çıxış ediblər.

Hesabatlar ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdən sonra bölmənin müvafiq institutlarının hesabatları qəbul olunub.

Sonda akademik Fikrət Əliyev Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun cari il üzrə hesabatını təqdim edib.

© Mənbə: www.science.az

Faydalı linklər