Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Deşikli və çatları olan stringerli lövhənin gərginlik vəziyyətinin minimuma endirilməsi” mövzusunda seminar keçirildi


“Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cisim mexanikasının müasir problemləri” adlı seminarı keçirildi. Seminarda aparıcı elmi işçi Minəvər Vaqif qızı Mir-Səlim-zadə “Deşikli və çatları olan stringerli lövhənin gərginlik vəziyyətinin minimuma endirilməsi” mövzusunda məruzə etdi.

Məruzədə sərhədsiz izotrop stringerli iki düzxətli çatla zəiflədilmiş lövhənin, deşiyin konturunda gərginlik vəziyyətinin minimuma endirilməsi məsələsinə baxıldı. Çatların ucları ətrafında gərginlik vəziyyətini xarakterizə edən parametr olaraq gərginlik intensivlik əmsalı qəbul edilmişdir. Deşiyin maksimal dairəvi gərginliyi minimum olan və çatların artımı baş verməyən konturu tapılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər