Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Gənc alimin növbəti elmi məqaləsi yüksək impakt faktorlu jurnalda nəşr olunub


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin kiçik elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Nicat Əliyevin elmi məqaləsi Springer-in nüfuzlu “Advances in Computational Mathematics” jurnalında (2020, Vol40, №6) nəşr olunub (https://link.springer.com/journal/10444). Geniş Miqyaslı Dissipativ Hamiltoniya Sistemləri üçün Sabitlik Radiuslarının Təqribi Hesablanması”

(https://link.springer.com/content/pdf/10.1007%2Fs10444-020-09763-5.pdf) adlı məqalənin nəşr olunduğu jurnal “Web of Sciences” və “Scopus” bazalarında indeksləşir və yüksək impakt faktorlu (Impact Factor 1.638) dərgi hesab edilir.

Məlumat üçün qeyd edək ki, gənc riyaziyyatçı alimin bundan əvvəlki məqaləsinin dərc olunduğu SIAM-a məxsus jurnalın beş illik impakt faktoru 2.063 idi. Olduqca spesifik və tətbiqi xüsusiyyətli sahə üzrə tədqiqat aparan alimin daha bir neçə elmi məqaləsi xeyli yüksək reytinqə malik jurnallar tərəfindən nəşrə qəbul olunub, çap ərəfəsindədir.

Nicat Aliyev, Volker Mehrman and Emre Mengi. Approximation of stability radii for large-scale dissipative Hamiltonian systems, Adv Comp Math, Vol. 46 , No.6,

https://doi.org/10.1007/s10444-020-09763-5

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər