Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Rəyçilik fəaliyyəti haqqında


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d. Vüqar İsmayılov riyaziyyatın tətbiqləri və neyron şəbəkələr nəzəriyyəsi üzrə nəşr edilən nüfuzlu beynəlxalq elmi jurnallarda rəyçilik fəaliyyətini genişləndirmişdir. Belə ki, son illər o, IEEE təşkilatı tərəfindən dərc edilən “IEEE Transactions on Neural Networks and Learning Systems”, “IEEE Transactions on Emerging Topics in Computational Intelligence” jurnallarının, Elsevier nəşriyyatı tərəfindən dərc edilən “Neural Networks”, “Neurocomputing”, “Applied Mathematical Modelling”, “Journal of Mathematical Analysis and Applications” jurnallarının, Springer nəşriyyatı tərəfindən dərc edilən “Neural Processing Letters”, “Advances in Computational Mathematics”, “Results in Mathematics”, “Analysis Mathematica” jurnallarının, Wiley nəşriyyatı tərəfindən dərc edilən “Australian & New Zealand Journal of Statistics” jurnalının və bir sıra digər jurnalların rəyçisi olmuşdur. Vüqar İsmayılovun yuxarıda adı çəkilən jurnallarda rəyçilik fəaliyyəti Web of Science şəbəkəsinin Publons platformasında öz əksini tapmışdır (bax:

https://publons.com/researcher/1715055/vugar-ismailov/peer-review/).

Azərbaycandan olan alimlərin Publons platformasında siyahısına

https://publons.com/researcher/?country=44&is_core_collection=1&is_last_twelve_months=1&order_by=num_reviews

səhifəsində baxmaq olar. Səhifəyə Publons.com saytında Browse Þ Countries/Regions Þ Azerbaijan düymələrini basmaqla da keçid etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər