Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

COVID-19-un orqanizmdə yayılmasına təsir göstərən ferment tapıldı


Almaniyanın Tübingen Universitetinin alimləri insan orqanizmində koronavirus infeksiyasının yayılmasına təsir edə biləcək ferment aşkar ediblər.

Bu barədə “Merkur” portalı məlumat yayıb.

Ekspertlər SARS-CoV-2-nin ağciyərlərdə yayılmasının kompüter modelinin yardımı ilə virusun hüceyrələri onun daxil olmasına kömək edən xüsusi maddələr ifraz etməyə məcbur etdiyini təyin edə bilib.

Mütəxəssislər quanilatkinasa 1 (GK1) fermentinin virus üçün xüsusilə qiymətli olduğunu aşkar edib. Alimlər onu orqanizmdən “çıxardıqdan” sonra SARS-CoV-2-nin çoxalması dayanıb.

Ekspertlər əmindirlər ki, kəşfləri COVID-19-un müalicəsi üçün preparat hazırlanması və təkmilləşdirilməsi üçün vacib olacaq.

Report.az

Faydalı linklər