Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Professor Fərman Məmmədov “Bir sinif qeyri-müntəzəm cırlaşmalı elliptik tənliklər üçün müsbət həllin varlıq məsələsi” mövzusunda məruzə edib


02 İyun 2021-ci il AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda onlayn formatda keçirilən Ümuminstitut seminarında  Riyazi Fizika Tənliklərişöbəsinin baş elmi işçisi, f.r.e.d., professor Fərman Məmmədov “Bir sinif qeyri-müntəzəm cırlaşmalı elliptik tənliklər üçün müsbət həllin varlıq məsələsi” mövzusunda məruzə etmişdir.

Məruzə Puankare-Sobolev tipli bərabərsizlikər sahəsində müəllifin əldə etdiyi yeni nəticələrin tətbiqi ilə yeni sinif qeyri-müntəzəm elliptik tənliklər sinfində qeyri-xətti Şrendinger tənliyi üçün müsbət həllərin varlığı barədə təklif barəsində aparıcı mütəxəssislərlə geniş müzakirə keçirilmişdir. Seminarda iştirak edən AMEA-nın akademiki Y. Məmmədov belə tənliklərin tətbiqi əhəmiyyətini qeyd etdi. AMEA-nın müxbir üzvü V. Quliyev bu mövzunun qruplar nəzəriyyəsi və vektorial sahələrdəki elmi tədqiqatlarla da sıx əlaqədardır.  Bu mövzunun əhəmiyyətini nəzərə alaraq institutun aparıcı mütəxəssislərin iştirak etdiyi seminarın indiki pandemiya şəraitində effektiv olduğu qeyd olundu və institut seminarının hər həftə keçirilməsinin münasib olduğunu institutun direktoru AMEA-nın müxbir üzvü M.Mərdanov tərəfindən qeyd olundu. Seminarda iştirak edən başqa aparıcı mütəxəssislərdən professorlar Ə. Əliyev, AMEA-nın müxbir üzvü P.Qelyani, riyaziyyat üzrə elmlər doktoru R. Əliyev, Ş. Bağırov maraqlı suallarla seminarda müzakirə edilən mövzu ilə əlaqədar maraqlı fikirlər və təkliflərlə iştirak etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər