Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

Dissertasiya şurasının növbəti iclası keçirildi


11 iyun 2021-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani,  eyni zamanda distant şəkildə) keçirildi. İclasada Azad Məmməd oğlu Bayramovun

“Şturm-Liuvill tipli operatorların məxsusi  ədədlərinin asimptotikası və izlərinin tədqiqi”  mövzusunda 1211.01 – Diferensial tənliklər ixtisasında  riyaziyyat üzrə  elmlər doktoru dissertasiya işinin müdafiəsi üçün növbəti mərhələyə buraxılması müzakirə olundu.

İclası elmi seminarın sədri AMEA-nın akademiki Yusif Məmmədov açaraq sözu dos. Azad Bayramova vermişdir. Dos.Bayramov dissertasiyanın əhatə etdiyi mözular haqqında məlumat verdikdən sonra  dissertasiya işi haqqında seminar üzvlərinin r.e.d. prof. Nihan  Əliyev , r.e.d. prof. Mahir Səbzəliyev , r.e.d., dos.Yaşar Mehralıyev, Dissertasiya işinin elmi məsləhətçisi  f.-r. e. d, prof. Vəli Qurbanov öz müsbət fikirlərini söylədilər.

Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    339645

  • Sağalan

    331782

  • Yeni yoluxan

    0

  • Aktiv xəstə

    2861

  • Ölüm halı

    5002

  • Test edilib

    3,954,016

Faydalı linklər