Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Akademik İbrahim İbrahimovun 110 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək


Azərbaycan Milli Emlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinin iştirakı ilə Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik İbrahim İbiş oğlu İbrahimovun 110 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın müasir problemləri” mövzusunda Beynəlxalaq konfrans (29 iyun -1 iyul 2022-ci il, Bakı ş., AMEA Riyaziyyat və Mexanika İnstitutu) keçirir.

Tezislər yalnız ingilis dilində təqdim olunmalı və 1 səhifədən çox olmamalıdır. Hər bir iştirakçı yalnız bir tezisin müəllifi kimi elan edilə bilər. Tezisi [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Bundan əlavə, Konfransın təşkilatçıları məruzələrin orijinal və nəşr olunmamış tam formatlı məqalələrini aşağıdakı elmi jurnallara təqdim etməyi Sizə təklif edir:

Proceedings of the Institute of Mathematics and Mechanics (ESCI; SCOPUS);

Transactions Issue Mathematics (SCOPUS);

Transactions Issue Mechanics;

Azerbaijan Journal of Mathematics (ESCI; SCOPUS).

Konfransın rəsmi saytı: mpmm.imm.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər