Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Beynəlxalq Postdoctoral Tədqiqatçılar üçün Mükəmməllik Təqaüd Proqramı


Excellence təqaüd proqramı – dünyanın hər yerindən İsrail tədqiqat universitetlərinə qabaqcıl post-doktorantları cəlb edilməsi üçün nüfuzlu təqaüd proqramıdır.

Proqramın məqsədi dünyanın hər yerindən olan gənc alimləri İsrailə dəvət etmək, tədqiqatlara inteqrasiya etmək və onları gücləndirmək, eləcə də İsrail tədqiqatçıları ilə şəxsi və peşəkar əlaqələr qurmaq üçün cəlb etməkdir.

Bu il proqram İsrail Humanitar və İctimai Elmlər Akademiyası və Ali Təhsil Şurası (CHE) arasında yeni tərəfdaşlıq sayəsində genişləndirilmişdir. Humanitar və Sosial elmlər də daxil olmaqla, bütün elm sahələrində təqaüdlərin verilməsi barədə qərar qəbul edilib. Bütün akademik fənlər üzrə qabaqcıl tədqiqat aparmaq imkanı mövcuddur. Təqaüdlər əsasən təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyat sahələrində paylanacaq.

Təqaüdlər ildə 160 000 şekel (~50 000 ABŞ dolları) məbləğində iki il müddətinə verilir.

Ərizələrin verilməsi üçün son tarix: 1 oktyabr 2022-ci il

https://www.academy.ac.il/SystemFiles2015/IASH%20Foreign%20Postdocs%20Call%20for%20Applications%202022.pdf

https://www.academy.ac.il/RichText/GeneralPage.aspx?nodeId=1251

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər