Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, r.e.d. Rəşid Əvəzağa oğlu Əliyev “Sinqulyar inteqral çevirmələrin diskret analoqlarının bəzi xassələri” mövzusunda məruzə edib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, r.e.d. Rəşid Əvəzağa oğlu Əliyev “Sinqulyar inteqral çevirmələrin diskret analoqlarının bəzi xassələri” mövzusunda məruzə etdi.

Məruzədə həqiqi və kompleks dəyişənli funksiyalar nəzəriyyəsinin əsas inteqral çevirmələrindən olan Hilbert çevirməsi və Ahlfors-Beurlinq çevirmələrinin  diskret analoqlarının xassələrindən bəhs edir. Diskret Hilbert və diskret Ahlfors-Beurlinq çevirmələrinin müəyyən funksional fəzalarda məhdudluq və cəmlənməsi haqqında teoremlər qeyd olunur və onların tətbiqləri göstərilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər