Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Prof.  Qabil Əliyev “Materialda fiziki və kimyəvi dəyişiklikləri nəzərə alaraq, kütlənin dəyişməsi ilə çubuğun uzanması” mövzusunda məruzə edib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda “Tətbiqi riyaziyyat” şöbəsinin əməkdaşı prof. Qabil Əliyev “Materialda fiziki və kimyəvi dəyişiklikləri nəzərə alaraq, kütlənin dəyişməsi ilə çubuğun uzanması” mövzusunda məruzə etdi.

İşdə aqressiv mayenin təsirindən çubuğun dəyişən kütləsinin polimer çubuğun dinamik hərəkəti prosesinə təsiri öyrənilmişdir. Polimer çubuğun kütləsinin dəyişmə dərəcəsindən asılı olaraq, onun məxsusi tezlik və amplitudasının dəyişmə xarakteri təyin olunmuşdur, hansı ki, onu əhatə edən fiziki-kimyəvi maye mühitinin təsirindən yaranır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər