Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Google” şirkəti həkimlərin xəttini oxuyan süni intellekti təqdim edib


Google”a görə, həkimlər reseptləri tələsik yazmaqla məşhurdurlar, məhz buna görə bir çox insan onları oxumaqda çətinlik çəkir. Beləliklə, hər hansı bir resepti oxumaq üçün “Google Lens” vasitəsilə onun şəklini çəkmək, sonra isə proqramın müəyyən etdiyi preparatları seçmək lazım olacaq.

Şirkət yeni texnologiyanın nə vaxt hamı üçün əlçatan olacağını açıqlamayıb, lakin qeyd edib ki, “Google Lens” istifadəçilərinin böyük hissəsi Hindistanın payına düşür.

Eyni zamanda, korporasiya ekspertləri layihəni müxtəlif dillərdə həyata keçirmək niyyətində olduqlarını vurqulayıblar.

top24.news

Faydalı linklər