Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları Akademik Azad Mirzəcanzadənin 95 illiyi ilə əlaqədar Beynəlxalq konfransda iştirak ediblər


Avqust ayının 24-27-də Ufa şəhərində UDNTU-da, gənc alim, müəllim, aspirant və neft və qaz sənayesi üzrə mütəxəssislər üçün “Neft və qaz yataqlarının işlənməsi və texnoloji proseslərin modelləşdirilməsi” mövzusunda. mexanika, texnika, texnologiya,  neft və qaz yataqlarının işlənməsi və istismarı sahəsində elmi məktəbin banisi, Başqırdıstan Respublikası Elmlər Akademiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının  akademiki Azad Xəlil oğlu Mirzəcanzadənin 95 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

Konfransda Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları – “Maye və qaz mexanikası” şöbəsinin  müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Qeylani Pənahov və texnika elmləri namizədi, dosent Eldar Abbasov iştirak etmişlər. İclasda akademik Azad Mirzəcanzadənin Azərbaycan elminə verdiyi töhfələr haqqında plenar məruzə ilə çıxış edən prof. Qeylani Pənahov akademikin   Azərbaycanda mexanika, tətbiqi riyaziyyat, neft-qaz sahəsində nəzəri və praktik məsələlərin həllində və bu istiqamətlərdə sonralar geniş beynəlxalq miqyasda rəğbət qazanmış elmi məktəbin  yaradılmasında danılmaz xidmətlərini qeyd etmişdir.

Qeylani Pənahov və Eldar Abbasov həmən gün Azərbaycan alimlərinin başqırdıstanda  elmin və təhsilin inkişafına verdiyi töhfələri ilə əlaqədar UDNTU-da Azərbaycanın adını daşıyan Elmi Auditoriyanın açılışında iştirak etmişlər.

Beynəlxalq konfansın ikinci günündə İnstitutun əməkdaşları forumun  bütün  iştirakçıları ilə birlikdə  akademik Azad Mirzəcanzadənin  hər il  beynəlxalq seminar keçirdiyi Enerji Ehtiyatlarının Nəqli Problemləri İnstitutunun divarına həkk olunmuş xatirə barelyefinin açılışında iştirak etmişlər. Açılış mərasimində prof. Geylani Pənahov çıxış edərək, bu işdə əməyi olan bütün şəxslərə Azərbaycandan gəlmiş elmi kollektiv  adından təşəkkürünü  bildirmişdir.  O, həmçini  Başqırdıstanın dövlət televiziyasına müsahibə verərək,  Bakı və Ufa alimləri arasında elmi-texniki əməkdaşlığın mühüm aspektlərini qeyd etmişdir.

Növbəti gündə Başqırdıstan Elmlər Akademiyasının konfrans zalında Akademiyanın  prezidenti  və digər əməkdaşları ilə görüslər olmuş, prof. Qeylani Pənahov Azərbaycan-Başqırdıstan elmi-texniki əlaqələrinin inkişafındakı xidmətlərinə görə Başqırdıstan  Elmlər Akademiyasının diplomu ilə təltif edilmişdir. Konfrans digər iştirakçıların məruzələrini dinlənilməklə öz işini yekunlaşdırmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər