Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi


01 noyabr 2023-cü il tarixində AR ETN Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. RMİ-nun ümuminstitut seminarında Bakı Dövlət Universitetinin “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının dosenti, riyaziyyat elmləri doktoru Miqdad İmdad oğlu İsmayılov “Çəkili eksponensial sistemin Lebeq fəzalarda freymliyi haqqında” mövzusunda məruzə ilə çıxış etdi.

Məruzədə Lebeq fəzalarında çəkili eksponensial sistemin və bu sistemdən ixtiyari sonlu sayda  elementi atmaqla alınmış sistemin tamlığı, minimallığı və bazisliyi haqqında məlumat verilir. Burada həmçinin Lebeq fəzalarında çəkili eksponensial sistemin ayrılış sistemi olması haqqında teorem və Banax freymi əmələ gətirməsi üçün zəruri və kafi şərt teoremi gətirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər