Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


15.11.2023-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçiriləcək. Ümuminstitut seminarında  AMEA-nın müxbir üzvü, f-r.e.d, professor, Kamil Rəcəb oğlu Aydazadə və r.e.d., dosent Quliyev Samir Zakir oğlu “Zonal idarəedici funksiyalar siniflərində əksəlaqəli idarəetmə məsələləri” mövzusunda məruzə edəcəklər.

Məruzə toplanmış və paylanmış parametrli obyektlərin optimal idarə edilməsinin sintezi məsələlərinə həsr olunmuşdur. Klassik üsullardan fərqli olaraq, obyektin vəziyyətinin cari qiymətlərindən və ya onun çıxışından yox, onların daxil olduğu faza fəzasının çoxluğundan (zonadan) birbaşa asılı olan idarəedici təsirlərin sintezinə yanaşma təklif olunur.

Zonal idarəetmələrin sintezi məsələlərinin həlli üçün optimallaşdırmanın birinci tərtib effektiv ədədi üsullarından istifadə etməyə imkan verən düsturlar alınır. Kompüter eksperimentlərinin nəticələri və onların analizi verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər