Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi


17 yanvar 2024-cü il tarixində AR ETN Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarında institutun “Riyazi analiz ” şöbəsinin  fizika-riyaziyyat elmləri doktoru Mübariz T.Qarayev “Riman Hipotezi və İnvariyant alt fəzalar ” mövzusunda məruzəsi dinlənildi.

Məruzədə cəkili kompozisiya operatorunun invariyant alt fəzalarının Riman Hipotezi ilə əlaqəsi müzakirə edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər