Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi


08 may 2024-cü il tarixində  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarda institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d., prof. Vüqar Elman oğlu İsmayılov “Ridge funksiyaların approksimasiya nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda məruzə ilə çıxış edib.

Ridge funksiyalar elmin müxtəlif sahələrində vacib rol oynayır. Məsələn, onlar xüsusi törəməli diferensial tənlikər nəzəriyyəsində, kompüter tomoqrafiyasında, statistikada geniş istifadə edilir. Ridge funksiyalar həmçinin bir sıra neyron şəbəkə modellərinin əsasını təşkil edir. Məruzədə ridge funksiyaların müxtəlif nəzəri approksimativ xassələri müzakirə edildi. Məruzədə həmçinin ümumiləşmiş ridge funksiyalara baxılmışdır, onların xətti superpozisiyalarla və Kolmoqorovun superpozisyalar haqqında olan məşhur teoremi ilə əlaqəsi təsvir olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər