28/01/2025
30.01.2025-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Variasiya hesabında kafi şərtlər” mövzusunda məruzə edəcək.
Məruzədə variasiya hesabında kafi şərtlərin alınması üçün bəzi teoremlərin isbatı şərh olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.