“Azərbaycanca Vikipediya”da redaktələrin sayın 8 milyonu keçdi
Son illər “Azərbaycanca Vikipediya”da könüllülərin sistemli fəaliyyəti sürətlənib. Fəaliyyətdə həm kəmiyyət, həm də keyfiyyətdə üstünlük özünü göstərir. Könüllülər tərəfindən məzmunlu, etibarlı istinadlara söykənən məqalər yaradılır və zənginləşdirilir. Bu günlərdə “Azərbaycanca Vikipediya”da redaktələrin sayı 8 milyonu keçib. Bu faktın özü Azərbaycan “Vikipediya” İcmasının səmərəli fəaliyyətin aparıldığının nəticəsi kimi qəbul etmək olar. Həm də onu göstərir ki, Azərbaycan dili bölməsi daima inkişafdadır və informasiya bazası genişlənməkdədir.“Vikipediya” axtarış sistemi olaraq dünyada əsas internet resurslardan biri hesab edilir.
Ötən ilin yalnız dekabr ayında “Vikipediya”nın Azərbaycan dilindəki səhifələri 33 milyon dəfə ziyarət edilib, son bir il ərzində isə bu rəqəm 389 milyona çatıb. Böyük rəqəmdir. Rəqəmin hər il artacağı gözlənilir.
Qeyd edək ki, bir neçə ildir AMEA institutlarının əməkdaşları üçün könüllü olaraq “Vikipediya” təlimləri keçirilir. Təlimlərin keçirilməsində məqsəd AMEA-nın elmi müəssisə və təşkilatlarında könüllü “Vikipediya” qruplarının formalaşdırılmasıdır. Son bir ildə isə AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada “Vikipediya” təlimləri təşkil edilir.
science.gov.az