Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elsevier” nəşriyyatının elmi redaktorundan müəlliflər üçün vörkşop: Yüksək impakt faktorlu jurnallarda nəşr üçün strategiyalar


19 fevral tarixində tədqiqatçılar üçün “Yüksək impakt faktorlu jurnallarda nəşr üçün strategiyalar” mövzusunda vörkşop keçiriləcək. Vörkşop elmi məqalələrin nüfuzlu jurnallarda nəşr etdirilməsi üçün effektiv texnika və strategiyalar kimi mövzuları əhatə edəcək.

Vörkşopda iştirak üçün aşağıda qeyd olunan keçidə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.

  • Təqdimatçı: “Elsevier” nəşriyyatının elmi redaktoru Banu Bayram
  • Mövzu: Redaktorların gözləntiləri çərçivəsində məqalə hazırlanması üzrə ən yaxşı təcrübələr

Tarix: 19.02.2025

Saat: 14:30

Vebinarın dili: Türk dili

Qeydiyyat linki:https://elsevier.zoom.us/…/WN_oPOmhoIsRAC8MLs4ADsorQ

eatda.edu.az