Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


26 fevral  2025-ci il tarixində saat 10-00-da Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında “Qeyri- harmonik analiz şöbəsi”nin müdiri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Bilal Bilalov “Hardi siniflərinin təyini üçün bir metod haqqında” mövzusunda məruzə ilə çıxış edəcəkdir.

Məruzədə X-qiymətli Hardi siniflərinin təyini üçün ənənəvi yanaşmadan fərqli bir yanaşma üsulu təklif olunacaqdır. Bununla bağlı harmonik analiz və bazislər nəzəriyyəsinin bəzi aidiyyatlı sualları haqqında məlumatlar veriləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.