25/02/2025
Amerikalı elm adamları Yer kürəsinin ən dərin geosferi olan və təxminən 1200 kilometr radiusa malik daxili nüvəsində struktur dəyişiklikləri aşkar ediblər. Bu kəşf uzun illərdir planetimizin daxilində baş verən proseslərlə bağlı qaranlıq qalan bir çox məqamlara aydınlıq gətirib.
Alimlər bu qənaətə Cənubi Atlantikada yerləşən Cənubi Sendviç adalarından gələn seysmik dalğaları təhlil edərək gəliblər. Bu dalğalar Yer kürəsinin əks tərəfində, Alyaska və Kanadada yerləşən seysmoqraflar tərəfindən qeydə alınıb. Müşahidələr göstərib ki, 2004-2008-ci illər arasında bəzi seysmik dalğaların siqnalları dəyişib. Bu dəyişikliklərə səbəb dalğaların qısamüddətlik daxili nüvəyə nüfuz etməsi və onun formasının dəyişməsi olub.
“Nature Geoscience” jurnalında dərc edilən yeni araşdırmanın nəticələri göstərib ki, Yer kürəsinin daxili nüvəsi tədricən böyüyür, çünki xarici nüvədən dəmir kristallaşaraq onun strukturuna daxil olur. Bu proses nəticəsində daxili və xarici nüvə arasındakı sərhəddə forma və qatılıq dəyişir.
respublika-news.az