Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü,professor Misir Mərdanov tədbiri açaraq qeyd edib ki, Xocalı soyqırımı bəşər tarixindəki ən faciəli hadisələrdən biridir. Bu dəhşətli tarixi bütün dünya azərbaycanlıları dərin kədər hissi ilə anır. O, Azərbaycan torpaqlarının işğalına qədərki tarixi proseslərdən bəhs edərək bildirib ki, düşmənin məkrli siyasətinin pik nöqtəsi məhz Xocalı soyqırımı idi. Xocalıda Azərbaycan xalqına qarşı törədilən cinayətlərdən danışan akademik diqqətə çatdırıb ki, əsir götürülənlərdən 150 nəfərin taleyi bu günədək məlum deyil. Ermənistanın bu barədə hələ də məlumat verməməsi isə onların cinayətkar siyasətinin göstəricisidir.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb. Bu həqiqətlərin bütün dünyaya çatdırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Bu qanlı faciənin soyqırımı aktı kimi tanınması istiqamətində görülən silsilə tədbirlərin davamı kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası Xocalı soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından yüksək qiymətə layiqdir.

Baş direktor Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun tarixi torpaqlarımızı düşmən işğalından azad etdiyini və bu ərazilərdə bərpa və yenidənqurma işlərinin aparıldığını vurğulayıb. Xocalının yenidən dirçələcəyinə inamını ifadə edən alim vətən uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər