Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi


05 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirildi.Seminarda Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Ali həndəsə və topologiya kafedrasının professoru, dünya şöhrətli həmyerlimiz Hüseynzadə Sabir Məcid oğlu “Зеркальная симметрия и связанные с ней инварианты” adlı mövzusunda məruzə edib.

Elmi məruzənin qısa məzmunu orijinallığına xələl gəlməməsi məqsədi ilə rus dilində təqdim olunur:

Эффект зеркальной симметрии пришел в математику в начале 90-ых годов прошлого века из физики. Там он возник в так называемых моделях Ландау-Гинзбурга. Изначально модель (теория) Ландау-Гинзбурга была разработана для описания суперпроводимости. Однако позже эти (или подобные) модели возникли в таких физических теориях, как “двумерные суперсимметричные сигма-модели квантовой теории поля”, “теория струн” В этих моделях (точнее – в двух их реализациях: A-модели и B-модели) возникают некоторые пары комплексных (алгебраических) многообразий (называемых многообразиями Калаби-Яу), которые связаны с одной и той же теорией поля. С математической точки зрения они различны, но их инварианты (которые и возникают в физических моделях) имеют неожиданные симметрии. Одной из таких симметрий (по сути – первая, которая привлекла внимание математиков) – симметрия между так называемыми числами Ходжа, описывающими группы когомологий этих многообразий. (От этой симметрии и пошло название “зеркальная”.)

Будет описан простейший пример зеркально симметричных многообразий, а также симметрии некоторых связанных с зеркальной симметрией инвариантов, выходящие за рамки многообразий Калаби-Яу. Последние изучались в работах автора с В.Эбелингом.

Qeyd edək ki, Sabir Məcid oğlu Hüseynzadə 29 iyul 1950-ci ildə Moskva şəhərində anadan olmuş, orada orta məktəbi bitirmiş, beynəlxalq riyaziyyat olimpiadasında qızıl medal almış, 1966-cı ildə Moskva Dövlət Universitetinin Mexanika riyaziyyat fakültəsinə daxil olmuş, 1971-ci ildə həmin fakültəni bitirmişdir. 1975-ci ildə Rusiya Elmlər Akademiyasının akademiki, Filds mükafatı laureatı, Sergey Novikovun rəhbərliyi ilə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

Hazırda Moskva Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsinin Ali həndəsə və topologiya kafedrasının professorudur. Eyni zamanda Moskva Müstəqil Universitetində dərs deyir. Moskva Dövlət Universitetinin fəxri professorudur.

Sabir Hüseynzadə 1998-ci ildə 61-ci Moskva riyaziyyat olimpiadasının təşkilat komitəsinin sədri olmuş, “Moskva Riyaziyyat” jurnalının baş redaktoru, bir neçə jurnalın redaksiya heyətinin üzvüdür.

Sabir Hüseynzadə 200-dən çox elmi əsərin müəllifidir.

O, Moskva Riyaziyyat Cəmiyyətinin üzvüdür.

Atası Məcid Əziz oğlu Hüseynzadə 1916-cı ildə İranın Ərdəbil şəhərində anadan olmuş, 1932-ci ildə ailəsi ilə Azərbaycana köçmüş, 1935-ci ildə Moskva Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olmuş, 1936-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində davam etdirmiş, 1941-ci ildə universiteti bitirmiş, 1942-1945-ci illərdə İkinci Dünya Müharibəsində iştirak etmiş, 1950-ci ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1952-ci ildən 1962-ci ilə qədər Qubkin adına İnstitutun Nəzəri mexanika kafedrasında müəllim, 1962-1989-cu illərdə həmin institutun Ali riyaziyyat kafedrasının müdiri vəzifəsində işləmiş, 2006-cı ildə Moskva şəhərində vəfat etmişdir.

Məcid Hüseynzadə 150 elmi məqalənin, 28 monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifi olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər