12/03/2025
12 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı kecirildi. Seminarda ”Tətbiqi riyaziyyat şöbəsi” nin müdiri, mexanika elmləri doktoru, dosent Elxan Abbasov “Maye-qaz qarışığının kütləköçürmə və mübadilə nəzərə alınmaqla boruda hərəkət dinamikası” mövzusunda məruzə etdi.
Məruzədə maye-qaz qarışığının kütləköçürmə və mübadiləsi nəzərə alınaraq boruda qeyri-stasionar hərəkətinin hidrodinamik modeli qurulmuş, hərəkət prosesini əks etdirən tənlik alınmış və onun həllinin analitik ifadəsi tapılmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.