Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


03.04.2025-ci il saat 11:00-da Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n., dosent Eldar Məmmədov “Çoxparametrli spektral məsələlərdə variasiya prinsipi” mövzusunda məruzə edəcəkdir.

Məruzədə variasiya prinsipinin çoxparametrli hallara ümumiləşməsi və P.Binding, P.Brounenin bu haqda işlərinin bəzi nüansları haqqında məlumat şərh olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.