Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Streslə mübarizədə yeni texnologiya


ABŞ-ın Karnegi Mellon Universitetinin alimləri stresdən əziyyət çəkən insanlara kömək etmək üçün innovativ texnologiya hazırlayıblar. Virtual reallığa əsaslanan sistem emosional stresi aradan qaldırmaq üçün effektiv vasitələr təklif edir.

Yeni sistem istifadəçilərin özünə kömək edə biləcəyi real stres ssenariləri yaradır. Belə ki, VR/AR eynəklərini taxdıqdan sonra insan özünü virtual səhnədə rəqəmsal auditoriya qarşısında və ya çətin situasiyanın simulyasiyasında tapır. Komanda ən stresli üç ssenarini araşdırıb: ictimai çıxış, tanış olmayan sosial hadisələrdə iştirak və şəxsi münaqişələr. Müxtəlif səviyyəli qarşılıqlı əlaqəyə malik 24 prototip yaradılıb. İnteraktiv versiyalarda virtual personajlar süni intellekt vasitəsilə istifadəçilərlə danışa, real üz ifadələri və hərəkətləri ilə emosiyaları ifadə edə bilərlər. 19 könüllü üzərindən aparılan sınaqların nəticələri istifadəçilərin daha çox məlumatlılıq və özünə inam hiss etdiyini göstərib. Tədqiqatçılar ümid edirlər ki, onların layihəsi öz-özünə yardım bacarıqlarını daha əlçatan və real həyata uyğunlaşdıracaq.

respublika-news.az