Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi


07 may 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı kecirildi. Seminarda İstanbul, Koç Universitetinin professoru Varqa Kələntərov, “Qeyri-xətti dissipativ  xüsusi törəməli tənliklərin həllərinin global  stabilizasiyası” mövzusunda məruzə ilə çıxış etdi.

Məruzədə qeyri- xətti reaksiya – diffuziya tənlikləri, sönümlü qeyri-xətti dalğa tənlikləri və Navier-Stokes-Voigt tənlikləri üçün başlangıç sərhəd məsələlərin həllərinin global varlığı , yeganəliyi və stabilizasiyası ilə əlaqəli son zamanlarda ədlə edilən nəticələr  müzakirə olundu.

Sonda məruzə ətrafında geniş müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.