13/05/2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya aşağıda göstərilən ixtisaslar üzrə qəbul elan edir:
İxtisasın şifriəyani | İxtsasın adı | Doktorantura | ||
Cəmi | əyani | Qiyabi | ||
1202.01 | Analiz və funksional analiz | 2 | 2 (GDU üçün 1 məqsədli yer) | |
1211.01 | Diferensial tənliklər | 2 | 1 | 1 (GDU üçün 1 məqsədli yer) |
1212.01 | Riyazi fizika tənlikləri | 1 | 1 | |
1214.01 | Dinamik sistemlər və optimal idarəetmə | 1 | 1 | |
2002.01 | Deformasiya olunan bərk cisim mexanikası | 1 | 1 | |
2003.01 | Maye, qaz və plazma mex-sı | 1 | 1 | |
Cəmi | 8 | 7 |
Xarici dil üzrə doktoranturaya və dissertanturaya qəbul imtahanı Azərbaycan Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.“Xarici dil” imtahanının 22.06.2025-ci il tarixində keçirilməsi nəzərdə tutulmuşdur.
Xarici dil imtahanını müvəffəqiyyətlə vermiş şəxslərin Fəlsəfə fənni üzrə imtahanı – 2, 3, 4 sentyabr 2025-ci il tarixlərində, ixtisas fənni üzrə imtahanının keçirilməsi -9, 10, 11 sentyabr 2025-ci il tarixlərində nəzərdə tutulmuşdur.
Fəlsəfə fənnindən imtahanın keçirilməsi üçün bölgü və qəbulun nəticələrinin qeyd olunması üçün cədvəllər təqdim olunacaq.
Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş lnformasiya Sistemi” (TMiS) vasitəsilə elektron qaydada (portal. edu.az vasitəsilə 13.05.2025-ci il tarixindən 3 həftə müddətinə) həyata keçirilir.
Elmi müəssisə üzrə təyin edilmiş məsul şəxs və doktorantura şöbəsinin əməkdaşı tərəfindən qeydiyyatdan keçən vətəndaşların sənədləri yoxlanılıb təsdiq ediləcək.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
– ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın
rəhbərinin adına);
– kadrların şəxsi-qeydiyyat vərəqi (3×4 sm ölçüdə 4 ədəd fotoşəkil ilə birlikdə);
– tərcümeyi-hal;
– iş yerindən xasiyyətnamə;
– iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
– çap olunmuş elmi işlərin siyahısı (məqalələrin surətləri) və ya seçilmiş ixtisas üzrə referat;
– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti ( xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
– xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);
– şəxsiyyəti təsdiq edən sənədin surəti.
Əlavə məlumat üçün Riyaziyyat və Mexanika İnstitutunun Təhsil şöbəsinə müraciət etmək olar:
Əlaqə nömrəsi: (+99450) 539 75 79; (050) 635 81 05
E-mail: doktoranturarmi@yahoo.com
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.