14/05/2025
14 may 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı kecirildi. Seminarda professor Aqil Xanməmmədov “Diskret Şturm-Liuvill operatorlarının spektral nəzəriyyəsinə dair bəzi qeydlər” mövzusunda məruzə etdi.
Məruzədə əmsalları məhdud ardıcıllıqlar olan diskret Şturm-Liuvill tənliyinin həllərinin bazisliklə bağlı müəyyən xassələri öyrənilir. Əmsalları qeyri-məhdud ardıcıllıqlar olan bir diskret Şturm-Liuvill operatorunun Veyl funksiyasının kompleks qiymətli səhvlər funksiyası ilə əlaqəsi araşdırılır.
Sonda məruzə ətrafında geniş müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.