15/05/2025
İstanbul Yıldız Texniki Universitetinin Fənn-Ədəbiyyat Fakültəsində beynəlxalq TURAN-Təbiət Elmləri Simpoziumu (TURAN25) keçiriləcək.
23–25 iyun 2025-ci il tarixlərində İstanbul Yıldız Texniki Universitetinin Fənn-Ədəbiyyat Fakültəsində beynəlxalq TURAN-Təbiət Elmləri Simpoziumu (TURAN25) keçiriləcək.
TURAN25 simpoziumunun məqsədi bütün türk dövlətlərindən olan dəyərli alim və tədqiqatçıları bir araya gətirərək, “bir millət, iki dövlət” prinsipi əsasında əməkdaşlıq və akademik əlaqələri gücləndirməkdir. TURAN25 biologiya, fizika, kimya, riyaziyyat və onların tətbiq sahələri üzrə alim və tədqiqatçıların bilik və təcrübələrini bölüşəcəyi, ideya mübadiləsi aparacağı və əməkdaşlıq imkanlarını araşdıracağı bir platforma olacaqdır. Simpozium, türk xalqlarını birləşdirən zəngin mədəni və tarixi bağlara diqqət yetirməklə, bu bağları möhkəmləndirməyi və iştirakçılar arasında qarşılıqlı anlayışı inkişaf etdirməyi hədəfləyir.
Simpoziumla bağlı ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
https://turansymposium.yildiz.edu.tr/
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.