16/05/2025
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, həmçinin “İnsan Hüquqları Aylığı” ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində, 21 may 2025-ci il tarixində, saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçiriləcəkdir. Seminarda AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Milli mənəvi dəyərlər və insan haqları” mövzusunda geniş məruzə ilə çıxış edəcək.
Məruzədə milli kimliyin qorunması, mənəvi dəyərlərin cəmiyyət həyatındakı rolu və insan hüquqlarının müasir dövrdə müdafiəsi məsələləri elmi əsaslarla təhlil edilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.