Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub” başlıqlı xəbər yer alıb.

Bugünkü sayın ilk səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin  iştirak etdiyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən – İlham Əliyevə” mövzusunda elmi konfrans, AMEA-nın müşaviri akademik Telman Əliyevin anadan olmasının 90 illiyinə və AMEA Rəyasət Heyəti və Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə AMEA-nın müxbir üzvü Məqsəd Səttarovun 100 illik yubileyinə həsr olunan tədbirlərə dair informasiyalar dərc edilib.

Qəzetin bu buraxılışında akademik İsa Həbibbəylinin Vyetnamın Elm və Texnologiya Akademiyasının vitse-prezidenti prof. Dr. Tran Tuan Anh, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova, “Springer Nature” nəşriyyatının vitse-prezidenti Aleksandr Birukou ilə görüşləri haqqında xəbərlər, eləcə də “Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar: nəticələr və perspektivlər” mövzusunda elmi sessiya” ilə bağlı yazı yer alır.

Bundan əlavə, Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş gənc dilçi doktorant və dissertantların “Sələflər və xələflər” mövzusunda respublika elmi konfransı, AMEA-nın Əsas binasının ərazisində yaz mövsümü ilə əlaqədar aparılan təmizlik, abadlaşdırma və yaşıllaşdırma işləri ilə bağlı xəbərlər, “XX əsrdə zərurətdən yaranan Elmlər Akademiyasının gələcəyə ünvanlanan fəaliyyəti” və “Daima xatirələrdə yaşayan istedadlı alim” başlıqlı məqalələr, o cümlədən ümumilikdə həftə ərzində Akademiyanın bölmə, elmi müəssisə və təşkilatlarında keçirilən digər tədbirlər barədə yazılar işıqlandırılıb.

Qəzetin rus və ingilis dili bölmələrində AMEA-da həftə ərzində keçirilən aktual mövzuda tədbirlərlə bağlı yazılar, AMEA-nın müxbir üzvü Məqsəd Səttarovun 100 illik yubileyi münasibətilə məqalə və professor Eldar Məmmədbəyli ilə müsahibə oxucuların ixtiyarına verilib.

science.gov.az