21/05/2025
22.05.2025-ci il tarixdə saat 10:30-da Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun“Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda Bakı Ali Neft Məktəbinin dosenti Nicat Əliyev “Böyükölçülü strukturlu həqiqi sabitlik radiusunun təqribi hesablanması üçün alt fəza metodu” mövzusunda məruzə edəcək.
Məruzədə böyükölçülü sistemlər üçün strukturlaşdırılmış real sabitlik radiusunun hesablanması məsələsi araşdırılır. Bu məqsədlə yeni bir altfəza əsaslı yanaşma təklif edilir. Təklif edilən metodun nəzəri baxımdan kvadratik yaxınlaşma sürəti ilə işlədiyini sübut edilir. Yanaşmanın effektivliyi müxtəlif ədədi nümunələr üzərində aparılmış sınaqlarla nümayiş etdirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.