Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi


21 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi.Ümuminstitut seminarda Azərbaycan Dövlət İqtisad Universitetinin “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti Hilalə Cəfərova “Süni intellektin tarixi və tədrisə tətbiqi” adlı məruzə ilə çıxışı etdi.

Məruzədə Süni intellektin tarixini qısa şəkildə nəzərdən keçirməklə yanaşı və son onilliklərdə təhsil sahəsində mühüm dəyişiklikləri qeyd olunmuşdur. Təhsildə süni intellektin tətbiqi müəllim və tələbələr üçün yeni imkanlar yaratması, fərdiləşdirilmiş öyrənmə, adaptiv qiymətləndirmə, avtomatlaşdırılmış məzmun yaradılması və real vaxt dəstək kimi üstünlükləri təqdim edilmişdir. Sonda riyazi hesablamalarda Süni intellek tətbiqləri geniş izah edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.