Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi Niyazi Ələddin oğlu İlyasovun 70 yaşı tamam olur


Niyazi Ələddin oğlu İlyasov 23 may 1955-ci ildə Mingəçevir şəhərində anadan olub. 1972-ci ildə Mingəçevir şəhər 3 saylı orta məktəbi bitirib. 1972-1975-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakltəsinin əyani şöbəsində “riyaziyyat”ixtisası üzrə təhsil alıb.1979-1982-ci illərdə SSSR-in Elmlər Akademiyasının V.A Steklov adına Riyaziyyat İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aspirantı,1987-ci ildə professor S.B.Steçkinin rəhbərliyi ilə “Funksiyaların struktur və konstruktiv xarakteristikaları üçün daxilolma teoremləri” mövzusunda dissertasiyası müdafiə edib. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Riyazi analiz” kafedrası üzrə dosent elmi dərəcəsi alıb.

2001-2002-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsində böyük elmi işçi, 2003-2014-cü illərdə aparıcı elmi işçi, 2022-ci ildən “Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçi vəzifəsində çalışır.

Niyazi İlyasov 100-dən çox elmi əsərin müəllifidir.

Riyaziyyat və Mexanika İnstitutunun kollektivi Niyazi müəllimi 70 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı və gələcək elmi fəaliyyətində yeni nailiyyətlər arzulayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.