27/05/2025
“Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək.
26-28 avqust 2025-ci il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda “Kibernetika və İnformatikanın Problemləri mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək. Konfrans AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutu,Türkiyənin Ege Universiteti,Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu,Qazaxıstanını İnformasiya və Hesablama Texnologiyaları İnstitutu,Yunanıstanın Thessaly Universitetinin təşkilatçılığı ilə keçiriləcəkdir.
2006-cı ildən etibarən Bakı şəhərində silsiləvi şəkildə keçirilən beynəlxalq konfransın əsas məqsədi elmi tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirərək kibernetika və informatika sahələrində mövcud elmi və praktiki problemlərin müzakirə edilməsidir.
Hibrid formatda keçiriləcək konfransda Polşa, İtaliya, Gürcüstan, Almaniya, Ukrayna, Rumıniya, Litva, Bolqarıstan, Özbəkistan, Qazaxıstan və digər ölkələrin aparıcı alimlərinin iştirakı gözlənilir.
Konfransın işçi dili: ingilis dili
Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz: http://pci.cyber.az
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.