27/05/2025
27.05 2025-ci il tarixində Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika institutunun“Riyazi analiz ” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Riyazi analiz” şöbəsinin müdiri,AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev Kalderon-Ziqmund operatorları və onların ümumiləşmiş çəkili Orlicz-Morrey fəzalarında kommutatorları”adlı məruzə ilə çıxış etdi.
Məruzədə“Kalderon-Ziqmund operatorları və onların ümumiləşmiş çəkili Orlicz-Morrey fəzalarında kommutatorları” adlı məruzədə ümumiləşmiş çəkili Orlicz–Morrey fəzalarında Kalderon–Ziqmund operatorlarının zəif güclü məhdudluğu üçün zəruri və kafi şərtlər müzakirə edilmişdir. Həmçinin bu fəzalarda Kalderon-Ziqmund operatorlarının kommutatorlarının məhdudluğu da araşdırılmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.